Xəbər verdiyimiz kimi, aprelin 30-u Ermənistanın Tavuş vilayəti istqamətindəki ön xətt mövqelərində atəşkəs rejimini pozmağa cəhd edən, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu, 32 yaşlı Argişti Samveli Sepxanyan yaralanıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan hərbi qulluqçunun həyatının təhlükədə olmadığı, vəziyyətinin ağır sabit olduğu barədə öz “Facebook” səhifəsində məlumat verib. Hərbi qulluqçunun baş nahiyyəsindən yaralandığı bildirilir.
Məlumata görə, müqaviləli erməni hərbi qulluqçu Tavuş vilayətinin Barekamavan kəndinin ön xətt mövqelərində yaralanıb. Lakin Barekamavan kənd icra nümayəndəsi Conik Mikaelyan bildirib ki, kənd istiqamətində atışma olmayıb.
Alpər Mövludoğlu
Ordu.az